“Bəzən ona nifrət edirsən və Mourinyonu öldürmək istəyirsən”

bezen-ona-nifret-edirsen-ve-mourinyonu-oldurmek-isteyirsen
Oxunma sayı: 1959

İspaniyanın “Villarreal” klubunun müdafiəçisi Serj Orye “Roma”nın baş məşqçisi Joze Mourinyo ilə “Tottenhem”də birgə çalışdığı zaman xatirələri bölüşüb.

“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, o, portuqaliyalı mütəxəssislə bağlı deyib:

“Bir dəfə mübahisə etdik, amma bu, taktiki səbəblərdən idi. Onun qərarlarından narazı qaldım və Mourinyo ilə danışmaq üçün ofisə getdim. Bilirdim ki, onunla heç bir problem olmadan danışa bilərəm, çünki oyunçunun oyunda olması onun xoşuna gəlir. Ertəsi gün problem həll olundu.

Mourinyo sizi dinləyir və sonra nə düşündüyünü deyir. Bəzən ona nifrət edirsən və Mourinyonu öldürmək istəyirsən, amma sonra onu sevməyə başlayırsan. Çünki onun xarakteri doğuşdan qalibiyyət xarakteri daşıyır və mən onunla bir çox cəhətdən oxşaram”.