Bəzi siqaretlərin qiyməti ucuzlaşdı

bezi-siqaretlerin-qiymeti-ucuzlasdi
Oxunma sayı: 5526

Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib.

“Qafqazinfo” xəbər verir ki, "Japan Tobacco International" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən "Whinston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib. Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.

Şirkət rəsmisi bildirib ki, "Whinston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib.

"Ucuzlaşmaya səbəblərdən biri tələbatın azalmasıdır. Bununla yanaşı, bahalaşmadan sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artdı. Bunun qarşısını almaq üçün bu addımı atmalı olduq", - deyə şirkət rəsmisi qeyd edib.