“Türkiyə İran ərazisinə müdaxilə etməyi planlaşdırmır”

turkiye-iran-erazisine-mudaxile-etmeyi-planlasdirmir
Oxunma sayı: 518

“Türkiyə ABŞ tərəfindən İrana hücum olunacağı təqdirdə İslam Respublikasının ərazisinə müdaxilə etməyi planlaşdırmır”​. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 

“Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə ABŞ tərəfindən İrana hücum olunacağı təqdirdə, Türkiyənin təhlükəsizlik məqsədilə İran ərazisinə müdaxilə planlaşdırdığına dair yayılan iddialar həqiqəti əks etdirmir”, - nazirlikdən bildirilib. 

Qurum Türkiyənin regiondakı bütün münaqişələrin sülh yolu ilə həlli və burada sabitliyin bərqərar olması üçün səylərini davam etdirdiyini bəyan edib. 

Xatırladaq ki, daha əvvəl bəzi KİV-də ABŞ ilə münaqişənin kəskinləşəcəyi təqdirdə Ankaranın İranda bufer zonası yaradılması planları hazırladığı məlumatları yayılmışdı.