Xalq artistinin qızından rekord nəticə - 2 həftəyə 8.0 IELTS

xalq-artistinin-qizindan-rekord-netice
Oxunma sayı: 3362

Azərbaycanın tanınmış simalarından olan Məleykə Əsədovanın övladı növbəti böyük akademik nailiyyəti ilə diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, Xalq artistinin qızı Gülər Cəbrayılova, bakalavr təhsilini ADA Universitetində davam etdirərkən IELTS imtahanından 8.0 bal toplayaraq rekord nəticə göstərib. 

Beynəlxalq Təhsil Mərkəzindən bildirilib ki, ən təsirli məqam bu nəticənin cəmi 2 həftəlik intensiv hazırlıq müddətində əldə olunmasıdır: "Bu uğurun arxasında dayanan əsas faktor isə düzgün seçimdir.

Son dövrlər yüksək nəticə hədəfləyən tələbələrin və valideynlərin böyük əksəriyyəti Beynəlxalq Təhsil Mərkəzini seçir. Çünki burada məqsəd sadəcə dərs keçmək deyil, nəticə əldə etməkdir. Sistemli analiz, fərdi yanaşma, imtahan psixologiyasına uyğun strategiya və intensiv proqram bütün proses konkret hədəfə fokuslanır.

Gülər Cəbrayılovanın cəmi iki həftəyə əldə etdiyi 8.0 IELTS nəticəsi təsadüf deyil bu, düzgün metodikanın, peşəkar komandanın və nəticəyə yönəlmiş sistemin göstəricisidir".

Uğur düzgün ünvan seçimidir. Və bu ünvan artıq çoxlarının seçiminə çevrilib – Beynəlxalq Təhsil Mərkəzi.

Qeyd edək ki, hazırda ADA Universitetinin tələbəsi olan Gülər bu nəticə ilə xaricdə magistr təhsili almaq üçün dünyanın top 100 universitetlərindən birində təhsil almaq imkanı qazanıb. Gülər hazırda Çin dilini də öyrənir.