Koxalski özünü İngiltərə klublarına təklif etdi

koxalski-ozunu-ingiltere-klublarina-teklif-etdi
Oxunma sayı: 2023

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərə mətbuatına maraqlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 2:3 hesabı ilə uduzduqları matçdan sonra “The Sun” nəşrinə danışıb. 

Koxalski özünü İngiltərə klublarına təklif edib: “Mənim ən böyük arzum İngiltərədə oynamaqdır. Ümid edirəm ki, Premyer Liqa və Çempionşip klublarının skautları məni izləyib. Onların transferim üçün addım atacaqlarına inanıram”. 

Xatırladaq ki, Mateuş Koxalski Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır - 45 dəfə.