“Qafqazinfo”nun məlumatına görə, əməkdar artist Hüsniyyə Mürvətova 1971-ci il iyunun 1-də anadan olub. 1989-cu ildə 16-yaşından Sumqayıt Dövlət Dram Teatrında köməkçi aktrisa kimi fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.
1994-cü ildən "İlham" miniatür teatrında çalışan Hüsniyyə Mürvətova 1997-ci ildən taleyini həmişəlik Bakı Bələdiyyə Teatrı ilə bağlayır.
Hüsniyyə O.Altunbayın "Tomris" tamaşasında- Tomris, N.Nərimanovun "Nadir şah"- Gülcahan, R.İçərişəhərli "Vətənə igidlər gərəkdir"- Əsmər, A.Məmmədovun "Dəli Domrul"- Banı, H.Fətullayev "Ağ və qara"- Qız, Əmir Pəhləvan "İnsan və İblis"- Şükriyyə, Sofoklun "Elektra" tamaşasında- Elektra, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə – Ümmi İshaq, C.Cabbarlının "Dönüş"ündə Gülsabah, A. Qurbaninin "Türk sancağı"nda- Yasəmən, H.Cavidin "İblis"ində- İblis rolları aktrisaya şöhrət gətirmiş və Bakı Bələdiyyə Teatrının aparıcı aktrisalar cərgəsində layiqli yer tutub.
Gənc aktrisa "Anamın kitabı" və "Qırmızı qar" televiziya tamaşalarında uğurlu oyun nümayiş etdirərək, minlərlə televiziya tamaşaçısının da məhəbbətini qazanıb.
2000-ci ildə ailə həyatı quran aktrisa 6 ildən sonra boşanır. Hazırda 11 yaşlı Orxan adlı bir oğlu var.
Aynur Babayeva
Son xəbərlər
Son Xəbərlər
