“Bəzi media orqanlarında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə tətbiq olunması barədə yayılan məlumat tamamilə əsassızdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
“İDDO Psixi Sağlamlıq Proqramı” adlı hər hansı ictimai birlik dövlət qeydiyyatında mövcud deyil. Media orqanlarından hər hansı qurumla bağlı məlumat paylaşarkən həmin qurumla dəqiqləşdirmə aparmaları xahiş olunur”, - Xidmətdən bildirilib.
Qeyd edək ki, “İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edildiyinə və onun 2 min manat məbləğində cərimə olunduğuna dair məlumatlar yayılıb.
Son xəbərlər
Son Xəbərlər