Biletdən əldə edilən gəlir Fələstinə bağışlanacaq

biletden-elde-edilen-gelir-felestine-bagislanacaq
Oxunma sayı: 1770

Asiya kubokunun oyunlarına bilet satışından əldə olunan gəlir Fələstin xalqına yardım üçün bağışlanacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətər Futbol Assosiasiyasının rəhbəri Şeyx Həməd bin Xəlifə Al Tani məlumat verib:

“Yardım göstərən tərəfdaşlarımızla işləyərək, bu birgə sosial təşəbbüsün ən çox zərər çəkənlərə fayda verəcəyinə və futbolun insanlara ən çətin anlarda dəstək mexanizmi kimi öz rolunu yerinə yetirəcəyinə əmin olacağıq”.

Qeyd edək ki, Asiya kubokunun oyunları 2024-cü il yanvarın 12-dən fevralın 10-dək Qətərdə keçiriləcək.