“Bill gəl, mən evə getməliyəm” - Obama+Video

bill-gel-men-eve-getmeliyem
Oxunma sayı: 4470

Mərhum İsrail prezidenti Şimon Peresin dəfnindən qayıdan Barak Obama ilə eks-həmkarı Bill Klinton arasında maraqlı anlar yaşanıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obama təyyarənin göyərtəsində Klintonu bir neçə dəqiqə gözləməli olub. Tələsdiyi hiss olunan Obama dözməyərək təyyarədən çıxıb və bir neçə dəfə Klintona “Gəl gedək” deyib, lakin qarşı tərəf reaksiya verməyib. Sonda prezident eks - həmkarına “Gəl gedək, mən evə getməliyəm” deyə səslənməli olub.