Binəli Yıldırımdan qəza ilə bağlı başsağlığı...

bineli-yildirimdan-qeza-ile-bagli-bassagligi
Oxunma sayı: 820

Türkiyənin sabiq baş naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Binəli Yıldırım Azərbaycanda baş vermiş helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Tvitterdə yazıb.

“Azərbaycanda hərbi helikopter qəzasında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Allah yaralılarımıza şəfa versin. Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk”, - B.Yıldırım bildirib.