Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir

bineqedi-ve-abseronun-bezi-erazileri-sumqayita-verilir
Oxunma sayı: 6728

Binəqədi, Sumqayıt və Abşeronun sərhədləri yenidən müəyyən olunur.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsi ərazisindən 1213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Digər dəyişikliyə görə, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Zaur Mirzə