Bir günə 7 milyona yaxın izləyici topladı

bir-gune-7-milyona-yaxin-izleyici-topladi
Oxunma sayı: 1537

Dünyaca məşhur aktrisa Cennifer Eniston instaqram sosial şəbəkəsində özünə hesab açıb. “Qafqazinfo” xəbər verir ki,  dünən qeydiyyatdan keçən profil artıq rəsmiləşdirilib.

Maraqlısı odur ki, cəmi bir foto paylaşan Cenniferi izləyənlərin sayı 6 milyon 700 min nəfərə çatıb. Onun dostları ilə paylaşdığı selfisini isə 9 milyona yaxın izləyici bəyənib.