Bir yerə 11 nəfər düşür... - MSK namizədlərin son sayını açıqladı

bir-yere-11-nefer-dusur
Oxunma sayı: 973

Milli Məclisə keçiriləcək seçkilərdə 1374 nəfərin namizədliyi qeydə alınıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib. O qeyd edib ki, bu göstərici o deməkdir ki, bir yerə 11 nəfər düşür: "Qeydə alınanlardan 248 nəfəri siyasi partiya nümayəndəsidir".

Qeyd edək ki, 263 nəfər namizədliyini geri götürüb.

Günel Türksoy