Birinci Qarabağ müharibəsi əlillərinə indiyədək ödənilən vəsait açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında danışıb.
O qeyd edib ki, 11 minədək şəxsə ödənilən birdəfəlik ödənişlə bağlı indiyədək 67 milyon manata yaxın vəsait xərclənib.
DSFM sədri, həmçinin vaxtilə bir neçə dəfə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı qaydada veriləcəyini açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslərə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək: “1992-1997-ci illərdə müharibə zamanı xəsarət almış, lakin sonradan reabilitasiya ilə əlilliyi aradan qaldırılmış şəxslərə və ya əgər həmin şəxs vəfat edibsə, onların vərəsələrinə də birdəfəlik ödəmələr veriləcək”.
DSMF sədri bildirib ki, ödənişlər həmin şəxslərin bank hesablarına, kartlarına köçürüləcək.
Son xəbərlər
Son Xəbərlər
