BİRLink geniş çeşidli TV paketinin pulsuz yayımı müddətini artırdı

birlink-genis-cesidli-tv-paketinin-pulsuz-yayimi-muddetini-artirdi
Oxunma sayı: 3460

Ölkəmizdə də xəstəliyin geniş yayılmasının qarşısını almaq məqsədilə 29 mart tarixindən etibarən xüsusi karantin rejimi gücləndirilib, qeyri-iş günlərinin müddəti uzadılıb, əhaliyə xüsusi ehtiyac olmadığı halda evdən çıxmamaq tövsiyyə olunur.

"Qafqazinfo" xəbər verir ki, telekommunikasiya xidmətlərinin təminatçısı olan ENGİNET şirkəti korporativ sosial məsuliyyətini dərk edərək istifadəçilərinin təhlükəsizliyini qorumaq məqsədilə bir sıra tədbirlər görür. Belə ki, ENGİNET şirkətinə məxsus BİRlink brendi abunəçilərinin sağlamlığını və onların evdə olduğu müddətdə vaxtlarını daha maraqlı keçirmələri üçün geniş çeşidli televiziya paketinin pulsuz yayımı müddətini artırıb. Bu gündən etibarən, abunəçilər bir ay müddətində 200-dək kanala heç bir əlavə ödəniş etmədən baxa biləcəklər.

Həmçinin, ölkə rəhbərliyi səviyyəsində elan olunmuş xüsusi karantin rejimini nəzərə alaraq ENGİNET şirkəti “BİRLink” istifadəçilərinə müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanlarını təqdim edir. Xüsusi iş rejimi ilə çalışan Çağrı Mərkəzinin əməkdaşları həftədə 7 gün olmaqla gündə 24 saat ərzində abunəçilərə xidmət göstərirlər.

“BİRLink” öz abunəçilərini xüsusi ehtiyac olmadığı hallarda evdən çıxmamağa, xidmətlərlə bağlı bütün əməliyyatları onlayn şəkildə, www.birlink.az saytında şəxsi kabinet vasitəsilə icra etməyi və BİRLink-in rəsmi İnstagram və Facebook səhifələrinə müraciət etməyə dəvət edir. Əlavə olaraq, göstərilən xidmətlərin əlçatanlığını artırmaq məqsədilə abunəçilərə www.birlink.az saytından zəng sifarişi imkanı təqdim olunur.

BİRLink-in xidmət kanalları:

Çağrı Mərkəzi - *1199 Şəxsi kabinet - www.birlink.az İnstagram səhifə - https://www.instagram.com/birlink.az/ Facebook səhifə - https://www.facebook.com/birlink.az/

Email ünvan – [email protected]

“ENGINET” şirkəti haqqında:

2009-cu ildən etibarən fəaliyyət göstərən “ENGINET” şirkəti Azərbaycan telekommunikasiya xidmətləri bazarında aparıcı oyunçulardan biridir. Şirkət ilk dəfə olaraq ölkədə FTTH (fiber To The Home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. Azərbaycanda uşaqların internetdən təhlükəsiz istifadəsi konsepsiyasını təmin edən internetin filtrasiyası xidmətinin tətbiqi də məhz “ENGINET” şirkətinin adı ilə bağlıdır. Əlavə məlumat üçün: www.enginet.az

“BİRLink” brendi haqqında:

“ENGINET” şirkətinin ticarət markası olan “BİRLink” – FTTH texnologiyasına əsaslanan optik internet, IP televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilər üçün əlavə dəyər yaradan digər innovativ həlləri özündə birləşdirir. Brendin adı onun fəlsəfəsini dəqiqliklə əks etdirir: təmsil etdiyi qabaqcıl FTTH texnologiyası eyni optik lifli kanal üzərindən keyfiyyətə və sürətə heç bir xələl gəlmədən çoxsaylı xidmətlərin təqdim edilməsini mümkün edir. Hazırda “BİRLink” brendi altında istifadəçilərə bu qəbildən yerli bazarda analoqu olmayan internet filtrasiya, IP telefoniya, statik IP və bulud əsaslı videomüşahidə xidmətləri göstərilir. Əlavə məlumat üçün: www.birlink.az