BKS-nın Rusiya bölməsində hava sızıntısı aşkarlanıb

bks-nin-rusiya-bolmesinde-hava-sizintisi-askarlanib
Oxunma sayı: 1262

Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya hissəsində hava sızması aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) məlumat yayıb.

Açıqlamada ekipaj və stansiyanın təhlükədə olmadığı bildirilib:

“Ekipaj mümkün sızmaların aşkar edilməsi və onların səbəblərini aradan qaldırmaq üçün müntəzəm iş aparır və stansiyadan alınan məlumatlar adi qaydada təhlil üçün ekspertlərə ötürülür”.