Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto

blinken-ceyhun-bayramovla-gorusunden-yazdi
Oxunma sayı: 2511

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündən yazıb.

“Qafqazinfo” xəbər verir ki, o, Tvitter hesabında Xİn rəhbəri ilə fikir mübadiləsi apardıqlarını qeyd edib.

 “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Qarabağ məsələsi və onun nəticəsində yaranan məsələlərin həlli istiqamətində göstərilən fəal səylər barədə fikir mübadiləsi apardıq. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrliyi prosesi də daxil olmaqla, bu məsələdə iştirak etməyə davam edəcək”, - Blinken vurğulayıb.