Blinken və Netanyahu İrana qarşı müttəfiqlikdən danışdılar

blinken-ve-netanyahu-irana-qarsi-muttefiqlikden-danisdilar
Oxunma sayı: 2204

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibi Entoni Blinken İsrailə səfər edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi ilə İrana qarşı müttəfiqliyi gücləndirmək barədə müzakirə aparıb.

Onlar İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirlər haqqında fikir mübadiləsi aparıblar.

“Bizim siyasətimiz İranın nüvə silahı əldə etməsi  və onun çatdırılma vasitələrinin qarşısını almaqdan ibarətdir”, – deyə Netanyahu vurğulayıb.