Bloqer Nurlan Cəfəri həbs edildi

bloqer-nurlan-ceferi-hebs-edildi
Oxunma sayı: 8969

Bloqer Nurlan Cəfəri həbs edilib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, o, ötən gün paytaxtın Yasamal rayonunda keçirilən qanunsuz aksiya cəhdi zamanı saxlanılıb:

“N.Cəfəri ictimai asayişi mühafizə edən polis əməkdaşlarının fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb. 

N.Cəfərinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl hərəkətləri ilə onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət edilməklə etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərkətlərdən peşman olduğunu bildirən N.Cəfəri barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Cəfəri barəsində 15 sutka inzibati həbs qərarı verilib”.

Qeyd edək ki, ötən gün bir qrup şəxs Ədliyyə Nazirliyi qarşısında aksiya keçirməyə cəhd edib.

Həmçinin oxuyun: Стартовал очередной спортивный лагерь “YAŞAT” при поддержке ТуранБанк