BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirir

bmt-tehlukesizlik-surasi-ukrayna-ile-bagli-iclas-kecirir
Oxunma sayı: 1107

BMT Təhlükəsizlik Şurasının Ukrayna ətrafındakı vəziyyətlə bağlı iclası başlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, iclasın keçirilməsi ABŞ tərəfindən tələb edilib. Prosessual səsvermə zamanı BMT Təhlükəsizlik Şurası iclasın keçirilməsinin lehinə çıxış edib. Səsvermənin lehinə 10 ölkə, əleyhinə Rusiya və Çin çıxış edib. Üç ölkə isə bitərəf qalıb. 

Şuranın sədri, Norveçin daimi nümayəndəsi Mona Juulun verdiyi məlumata görə, iclasda Ukrayna, Belarus, Litva və Polşa nümayəndələri iştirak edəcək.