BMT TŞ Ukraynada humanitar vəziyyətlə bağlı toplaşacaq

bmt-ts-ukraynada-humanitar-veziyyetle-bagli-toplasacaq
Oxunma sayı: 1568

Oktyabrın 31-də BMT Təhlükəsizlik Şurası (TŞ) Ukraynada humanitar vəziyyətlə bağlı iclas keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Braziliyanın dünya təşkilatı yanında daimi nümayəndəliyi məlumat yayıb.

“Ekvador və Fransanın xahişi ilə biz Ukraynadakı humanitar vəziyyətlə bağlı görüş keçirəcəyik”, - Braziliya missiyası bildirib.