BMU kollektivi Zəfər parkını ziyarət etdi - Fotolar

bmu-kollektivi-zefer-parkini-ziyaret-etdi
Oxunma sayı: 879

Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri 27 Sentyabr-Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, ziyarət zamanı 8 Noyabr Zəfər Gününü əks etdirən memorial abidənin önünə gül dəstələri qoyulub.

Qarabağın azadlığı, ölkəmizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.