Müğənni Leyli olmaq həvəsinə düşdü

mugenni-leyli-olmaq-hevesine-dusdu
Oxunma sayı: 698

Amma müğənninin dueti hazır olmamış, zirvəni vaxtından tez fəth etmək fikirinə düşüb. Belə ki, Milli.Az xəbər portalına açıqlama verən müğənni, səhnəmizin “Leyli”si olmaq istədiyini bildirib. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli rolunda oynamaq arzusundadır:

“İstəyirəm ki, Mahrux Muradova, Zeynəb Xanlarova, Nərminə Məmmədova kimi korifey sənətkarlardan sonra mən də “Leyli və Məcnun” operasında “Leyli” rolunu oynayım. Adını çəkdiyim korifey sənətkarlar, illər boyu “Leyli” rolunda oynamaqla, yaddaqalan obraz yaradıblar. Mənim də arzum odur ki, “Leyli və Məcnun” operasında “Leyli” rolunu oynayım. Onlar sənətin pik nöqtəsinə yaxın olan sənətkarlardır və ömürlərini sənətə, səhnəyə həsr ediblər. Ona görə də ən böyük arzum, əlimdə qaval, səhnədə qocalmağımdır,” - deyə, müğənni iddialı danışdı.

Müğənni, hazırda yeni mahnılarını hazırladığını da qeyd etdi. Yaxın günlərdə bir neçə lirik mahnılarını təqdim edəcək. O, yeni mahnılarının yaddaqalan olacağına inandığını dedi:

“Hazırda bir neçə yeni lirik mahnılar var ki, onların üzərində çalışıram. Mahnıların mükəmməl, yaddaqalan olması üçün demək olar ki, günümün çox vaxtını səsyazma studiyasında keçirirəm. İnanıram ki, yeni mahnılar dinləyicilərin ürəyincə, yaddaqalan olacaq”.