BMW heykələ çırpıldı, yaralılar var - Fotolar

bmw-heykele-cirpildi-yaralilar-var
Oxunma sayı: 4860

Şəmkirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Çinarlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobilin idarəetmədən çıxaraq, yolun kənarındakı qadın heykəlinə çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Foto: Ceyhun Nəbi

Elmar Əli