BMW, “Mersedes” və “VAZ 2104” toqquşdu

bmw-mersedes-ve-vaz-2104-toqqusdu
Oxunma sayı: 642

Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza paytaxtın Sabunçu qəsəbəsində qeydə alınıb. Şahin Məlikovun idarə etdiyi “BMW” markalı avtomobil Ramin Zərbəliyevin idarə etdiyi “Mersedes” və Ərəstun Kərimovun idarə etdiyi “VAZ 2104” markalı maşınlarla toqquşub. Nəticədə “VAZ 2104” markalı avtomobildə olan sərnişin Emin Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır