Bolqarıstan parlamenti Qolodomoru soyqırımı kimi tanıdı

bolqaristan-parlamenti-qolodomoru-soyqirimi-kimi-tanidi
Oxunma sayı: 1543

Bu gün Bolqarıstan parlamenti Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyıb.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, Milli Assambleyanın bugünkü qərarı ilə hər noyabrın son şənbə günü Qolodomor qurbanlarının xatirəsinin anılması qərara alınıb.

Təklif Bolqarıstan hökumətinin deputatlarının əksəriyyəti tərəfindən yekdilliklə dəstəklənib.

Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski Qolodomoru ukraynalıların soyqırımı kimi tanıdığına görə Bolqarıstana təşəkkür edib.

“1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdığı üçün Bolqarıstan Parlamentinə minnətdaram. Bu addım milyonlarla Qolodomor qurbanının xatirəsini ehtiramla yad edir və tarixi ədaləti bərpa edir. Ukrayna Bolqarıstanın həmrəylik jestini həmişə xatırlayacaq”, - o, tviterdə yazıb.