Bolqarıstan Rusiya qazının 50%-ni Azərbaycan qazı ilə əvəzləyəcək

bolqaristan-rusiya-qazinin-50-ni-azerbaycan-qazi-ile-evezleyecek
Oxunma sayı: 1038

Rusiyadan istehlak edilən qazın demək olar ki, hamısını alan Bolqarıstan ilin sonuna qədər digər mənbələrdən 50% almaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vaşinqtonda səfərdə olan Bolqarıstanın Energetika naziri Temenujka Petkova bildirib.

“Təbii qaza gəlincə, ölkəmiz öz mənbələrini və ölkə üçün marşrutlarını şaxələndirməyə davam edəcək. Bolqarıstan və ABŞ-ın mayeləşdirilmiş təbii qaz sahəsində geniş əməkdaşlıq sahəsi var. Bu ilin sonuna qədər ölkədə təbii qaz istehlakının 50% -i şaxələndiriləcək”, -deyə o, qeyd edib.

Petkovanın sözlərinə görə, ölkədə ümumi təbii qaz istehlakının yarısı, 3 milyard kubmetr Azərbaycandan qaz tədarükü (TANAP qaz kəməri ilə) və mayeləşdirilmiş qaz (LNG) ilə əldə olunacaq.