Boris Conson reanimasiyaya yerləşdirildi

boris-conson-reanimasiyaya-yerlesdirildi
Oxunma sayı: 3280

Böyük Britaniyanın Baş Naziri Boris Conson reanimasiyaya yerləşdirilib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, koronavirus testi pozitiv çıxan 55 yaşlı nazirdə xəstəliyin simptomları ağırlaşıb. Conson səlahiyyətlərinin icrasını müvəqqəti olaraq Xarici İşlər naziri Dominik Raaba həvalə edib.

Xatırladaq ki, Boris Conson martın 27-dən özünütəcrid rejimindədir. O, bu gün xəstəxanaya yerləşdirilmişdi.