Boris Conson yenidən parlament üzvü seçildi

boris-conson-yeniden-parlament-uzvu-secildi
Oxunma sayı: 1203

İngiltərə Baş Naziri Boris Conson dekabrın 12-də keçirilən növbədənkənar parlament seçkilərində səslərin nəticələrinə görə yenidən parlament üzvü seçilib.

“Qafqazinfo” xəbər verir ki, onun sədri olduğu Mühafizəkarlar Partiyası, exit-pollun nəticələrinə görə, 86 yerdən həlledici səs çoxluğunu qazanıb.

Nəticələrə görə, mühafizəkarlar 650 yerlik İcmalar Palatasında 368, Leyboristlər 191, Şotlandiya Milli Partiyası 55, Liberal Demokrat Partiyası 13, Pleyd Kamri -3, Yaşıllar Partiyası-1 müstəqil namizədlər isə 19 yer tutacaq.

Qeyd edək ki, Boris Conson söz vermişdi ki, partiyası seçkidə qalib gələrsə, Avropa İttifaqı ilə razılaşma üzrə növbəti debat və səsvermə  Miladdan əvvəl keçiriləcək.