Böyükağa Hacıyev istefa verdi

boyukaga-haciyev-istefa-verdi
Oxunma sayı: 2372


“Qafqazinfo”nun məlumatına görə, Trend klubun saytına istinadən xəbər verir ki, öz növbəsində, “Neftçi” PFK-nın prezidenti onun istefasını qəbul edib.

Təcrübəli mütəxəssis istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Yorulmuşam. İstirahətə ehtiyacım var. Ona görə də istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını "Neftçi"də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”.