“Bozun əlli çaları”nın aktyoru xəstəxanalıq oldu

bozun-elli-calarinin-aktyoru-xestexanaliq-oldu
Oxunma sayı: 1614

“Bozun əlli çaları” filmi və “Turist” serialında rol alan britaniyalı aktyor Ceymi Dornan Portuqaliyada istirahətdə olarkən xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məşhur aktyorun dostu Qordon Smart bildirib ki, tətil zamanı birlikdə qolf oynayıblar. Az sonra onların səhhəti kəskin şəkildə pisləşib. Belə ki, Dornanın əzaları uyuşub və infarkt əlamətləri görünüb, Smartın isə sol əlində uyuşma və sürətli ürək döyüntüsü olub.

Bundan sonra aktyorun dostu xəstəxanaya gedib və o, otelə qayıdanda Ceymi Dornanın tibbi avadanlıqlara qoşulduğunu görüb.

Qordon Smartın sözlərinə görə, əvvəlcə onlar bu vəziyyətin kofeinli spirtlə bağlı olduğunu düşünüblər. Bununla belə, həkimlər buna Portuqaliyanın cənubunda yaşayan kiçik zəhərli tırtılların səbəb olduğunu bildirib. Həkimlərin sözlərinə görə, həmin həşəratların tüklərində dəri, gözlər, boğazda qıcıqlanmaya, həmçinin 40 yaşındakı kişilərdə infarktlara səbəb olan taumetopoin maddəsi var.