Bred Pitt Coli ilə boşanma xəbərindən danışdı - “Çox kədərlənirəm”

bred-pitt-coli-ile-bosanma-xeberinden-danisdi
Oxunma sayı: 5471

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ancelina Coli əri Bred Pitt ona xəyanət etdiyinə görə boşanmaq üçün məhkəməyə müraciət edib.

Qafqazinfo”nun məlumatına görə, B. Pitt 41 yaşlı Coli ilə boşanmaq məsələsindən danışıb. Bu barədə “Daily Mail” xəbər yayıb.

“Mən bu hadisəyə görə çox kədərlənirəm. İndi əsas olan uşaqlarımızın sağlamlığıdır. Mən KİV-dən xahiş edirəm ki, bu çətin dövrə onlara toxunmasınlar”,- deyə 52 yaşlı aktyor bildirib.

Qeyd edək ki, Bred Pittin adı 40 yaşlı aktrisa Mariyon Kotiyyarla hallanır.

Xatırladaq ki, cütlüyün 6 övladı var. Onlardan 3-ü öz övladı, digər 3-ü isə övladlıqdır.