“Brent” markalı nefti qiyməti yenidən psixoloji 100 dollar həddini aşıb.
“Qafqazinfo”nun xəbərinə görə, qiymət artımı ABŞ və İranın Pakistanda aparılacaq atəşkəs danışıqları masasından uzaqlaşması fonunda qlobal enerji bazarlarında gərginliyin artması nəticəsində baş verib.
Məlumata görə, tərəflərin masadan uzaqlaşması xüsusilə Hörmüz boğazı vasitəsilə neft tədarükünün təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib.
Nəticədə “Brent” nefti bir gün ərzində təxminən 6 faiz bahalaşaraq, yenidən 100 dollar səviyyəsini keçib. Bazar iştirakçıları bu artımı geosiyasi risklərin kəskinləşməsi ilə əlaqələndirirlər.
Analitiklər xəbərdarlıq edirlər ki, diplomatik proseslərin zəifləməsi qlobal enerji bazarlarında əlavə təzyiq yarada və yaxın dövrdə inflyasiya riskini artırmağa davam edə bilər. Yanacaq qiymətlərinin isə yüksək olaraq qalacağı proqnozlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər