Brüsseldə İrəvan-Bakı münasibətlərini müzakirə etdi - Yenilənib

brusselde-irevan-baki-munasibetlerini-muzakire-etdi
Oxunma sayı: 2401

Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan belçikalı həmkarı Aleksandr De Kroo ilə İrəvanla Bakı arasında münasibətləri müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. 

Tərəflər, həmçinin regional kommunikasiyaların açılması imkanları ətrafında fikir mübadiləsi aparıb.

Görüş nüvə enerjisi ilə bağlı Brüsseldə keçirilən ilk sammit çərçivəsində baş tutub.

***

Paşinyan Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edib.