Sarkozinin səfəri başlayır

sarkozinin-seferi-baslayir
Oxunma sayı: 638

ANS PRESS-in məlumatına görə, onun ikigünlük səfər çərçivəsində ilk dayanacatı İrəvan olacaq. Səfər zamanı Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Cənubi Qafqazdakı münaqişələrin nizamlanması da Fransa liderinin səfəri zamanı diqqət mərkəzində olacaq.

Nikola Sarkozi Bakıya oktyabrın 7-də gələcək. Onun səfəri çərçivəsində Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanacağı gözlənilir. Yeni yaradılacaq təhsil müəssisəsində uşaq baxçasından başlayaraq, litseyədək tam fransız dili təhsili verilməlidir. Azərbaycan və Fransa Təhsil nazirliklərinin birgə layihəsində Azərbaycan Dövlət Neft Şirkəti də iştirak edir.

Bakıda Azərbaycan və Fransa dövlət başçılarının əvvəlcə təkbətək danışıqlar aparacağı, sonra isə geniş tərkibdə g.rüşün keçirilməsi gözlənilir. Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakrə ediləcək. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidenti danışıqlar prosesinin perspektivləri ilə bağlı mövqeyini açıqlayacaq.

Fransa prezidentini səfərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri və bir neçə nazir mühayiət edəcək.

Nikola Sarkozi Bakıdan Tiflisə yollanacaq və bununla da Fransa prezidentinin Cənubi Qafqaz bölgəsinə səfəri başa çatacaq.