Timoşenko saxlanılan ərazidə rəis dəyişdirildi

timosenko-saxlanilan-erazide-reis-deyisdirildi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, xəbəri Xarkovdan “Obyektiv” internet saytı yayıb.

Yerli mətbuat orqanının verdiyi xəbərdə bildirilir ki, yeni rəis postuna Slepçenkonun müavini Yevgeni Baraş təyin olunub. Yeni rəisi təqdim etmək üçün Xarkova Ukrayna penitensionar xidmətinin rəis müavini gəlib.

Slepçenkonun vəzifədən azad olunmasının səbəbləri barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Xarkov şəhərindəki Kaçanovskiy həbs düşərgəsində Ukraynanın keçmiş baş naziri Yuliya Timoşeko saxlanılır. Bu səbəbdən də yerli Penitensionar Xidmətinin fəaliyyəti mətbuatın diqqətindədir.