Türkiyəni qarışdıran fahişə cəsus qrupu

turkiyeni-qarisdiran-fahise-cesus-qrupu
Oxunma sayı: 680

“Qafqazinfo”nun azadliq.info-ya istinadən məlumatına görə, hadisənin əsas iştirakçıları polkovnik İbrahim Serzer və 25 yaşlı tələbə Nərmin Korkmacdır. Qərb mediası qızı artıq məhşur Mata Xari ilə müqayisə edir.

Müstəntiqlərin rəyinə görə, onlar zabitlər üçün əyləncə axşamları təşkil edirlərmiş. Dəvət olunan fahişlər isə çox zaman yad dövlətlərin vətəndaşları olurmuş. Belə görüşlər videoya alınır, lazımi məqamlarda zabitlərin şantajı üçün istifadə olunur.

Hadisə ilə bağlı 50 nəfər həbs edilib. Onlardan 22-i fahişədir. Ehtimala görə, cəsus şəbəkəsinə 300-ə yaxın zabit cəlb edilib. Kompyuterlərdə tapılan məlumatlarda 5000 zabit və mülki şəxs haqda şəxsi informasiya aşkarlanıb. Məxfi sənədlər ələ keçirilib.

“Vətən” qəzeti yazır ki, alınan informasiyalar ölkə xaricinə ötürülürmüş. Maraqlı tərəflər arasında İsrail, Yunanıstan və Rusiya ola bilər.