Bu avtomobil yolu 3 gün bağlı olacaq - Xəbərdarlıq

bu-avtomobil-yolu-3-gun-bagli-olacaq
Oxunma sayı: 671

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu  Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.
 

“Azəravtoyol” ASC -dən "Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.

Qurum vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.