Bu bankın vəzifəli şəxsi 4 min manat cərimələndi

bu-bankin-vezifeli-sexsi-4-min-manat-cerimelendi
Oxunma sayı: 2091

Bank VTB (Azərbaycan) ASC-nin vəzifəli şəxsi cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

“Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq Bank VTB (Azərbaycan) ASC-nin vəzifəli şəxsi 4 000 manat məbləğində cərimə edilib”, - məlumatda qeyd edilib.