Bu dəfə də fərqlənməyi bacardılar... - Fotolar

bu-defe-de-ferqlenmeyi-bacardilar
Oxunma sayı: 5055

Los-Ancelesdə ABŞ Televiziya Akademiyasının təqdim etdiyi “Emmi” mükafatının növbəti təqdimetmə mərasimi baş tutub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Oskar” (film üçün), “Qremmi” (musiqi üçün) və “Toni”nin (teatr üçün) televiziya ekvivalenti adlandırılan mükafat 73-cü dəfə sahiblərini tapıb.

Tədbir nüfuzlu mükafata namizədlərin, eləcə də qonaqların qırmızı xalı gedişindən başlayıb. Daha sonra qaliblər müəyyənləşib.

“Netflix” ərsəyə gətirdiyi layihələrinə görə 44 mükafata layiq görülüb. Onların arasında ən çox mükafat qazanan “The Crown” və “ The Queen's Gambit ” serialları olub - hər biri 11 heykəlcik alıb.   

“Emmi-2021” mükafatının əsas qaliblərinin siyahısı aşağıdakı kimidir:

- Ən yaxşı dramatik serial – “The Crown”.

- Ən yaxşı komediya serialı – “Ted Lasso”.

- Ən yaxşı mini serial – “The Queen's Gambit”.

- Dramatik serialda ən yaxşı kişi rolu – Coş O`Konnor (“The Crown”).

- Dramatik serialda ən yaxşı qadın rolu – Oliviya Kolman (“The Crown”).

- Dramatik serialda ən yaxşı ikinci plan kişi rolu – Tobayas Menzis (“The Crown”).

- Dramatik serialda ən yaxşı ikinci plan qadın rolu – Cillian Anderson (“The Crown”).

- Komediya serialında ən yaxşı kişi rolu – Ceyson Sudeykis (“Ted Lasso”).

- Komediya serialında ən yaxşı qadın rolu – Cin Smart (“Hacks”).

- Komediya serialında ən yaxşı ikinci plan kişi rolu – Brett Qoldstin (“Ted Lasso”).

- Komediya serialında ən yaxşı ikinci plan qadın rolu – Hanna Ueddinqhem (“Ted Lasso”).

- Mini serialda ən yaxşı kişi rolu – Yuen Makqreqor (“Halston”).

- Mini serialda ən yaxşı qadın rolu – Keyt Uinslet (“Mare of Easttown”).

- Mini serialda ən yaxşı ikinci plan kişi rolu – Evan Piters (“Mare of Easttown”).

- Mini serialda ən yaxşı ikinci plan qadın rolu – Culianna Nikolson (“Mare of Easttown”).

Qaliblərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, 2020-ci ildə mükafat koronavirus pandemiyası məhdudiyyətləri səbəbindən onlayn şəkildə təqdim olunmuşdu.