Zəngilan rayonundan keçən Oxçuçay ərazisində ceyran görüntülənib.
“Qafqazinfo”nun məlumatına görə, ceyran çay boyunca hərəkət edərkən ərazidə çalışan şəxslərdən biri tərəfindən videoya çəkilib.
Mütəxəssislər bildirirlər ki, ceyranların bu ərazilərdə görünməsi regionda ekoloji vəziyyətin yaxşılaşdığını və təbii mühitin bərpa olunduğunu göstərir.
Qeyd edək ki, son illərdə Azərbaycanda ceyranların mühafizəsi və sayının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu kimi müşahidələr isə görülən işlərin nəticə verdiyini göstərir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər