Nəsimi rayonu Cavadxan küçəsi ilə Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin kəsişməsində olan işıqfor işləmir.
Bu barədə “Qafqazinfo”ya sürücülər məlumat verib.
Bildirilib ki, bu problem uzun müddətdir aktualdır.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan kəsişmədə işıqforların kabel-kommunikasiya xəttində texniki nasazlıq yaranıb.
“Xətlərin yenilənməsi istiqamətində işlər aparılır. Sürücülərdən xahiş olunur ki, işıqforların işi tam bərpa olunana kimi yol nişanlarının tələblərinə və nizamlanmayan yolayrıcı qaydalarına əməl etsinlər”,- deyə məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər