Bu gün 6 boksçumuz 1/4 döyüşünə çıxır

bu-gun-6-bokscumuz-14-doyusune-cixir
Oxunma sayı: 1039

Bu gün Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatında növbəti mərhələnin döyüşləri keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, kişi boksçulardan ibarət Azərbaycan milli komandasının 6 üzvü 1/4 döyüşlərinə çıxacaq.

Günorta döyüşlərində 48 kq çəkidə mübarizə aparan Həsən Məlikov Bolqarıstan idmançısı Erqyunal Sebahtin, 51 kq-da Məsud Yusifzadə türkiyəli boksçu Samet Gümüş, 54 kq-da Amin Məmmədzadə fransalı Bilal Bennama, 63.5 kq-da Məlik Həsənov isə irlandiyalı idmançı Din Klensi ilə qarşılaşacaq. 

Axşam döyüşlərində 67 kq-da Nəbi İsgəndərovla, 71 kq-da Sərxan Əliyev rinqə çıxacaqlar. Nəbi gürcüstanlı Laşa Quruli, Sərxan isə digər gürcüstanlı boksçu Esgerxan Madiyevlə döyüşəcək. Qeyd edək ki, yığmamızın lideri Alfonso Dominqes (92 kq) daha öncə adını yarımfinala yazdırmaqla özü üçün bürünc medalı təmin edib. Dünya çempionumuz aprelin 25-də yarımfinal döyüşünə çıxacaq.