Bu gün harada tıxac olub?

bu-gun-harada-tixac-olub
Oxunma sayı: 1138

“Səhərdən monitorun qarşısında baxıram ki, avtobuslararımız təhsil müəssisələrinin, xüsusilə, orta məktəblərin qarşısında ləngiyir. Çünki tıxaca düşür. Tıxacın yaranmasının səbəbi isə sadədir: Məktəbə gedən bir uşağın dalınca 2-3 avtomobil gəlir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bakubus” MMC-nin mətbuat katibi Mənsur Priyev sosial şəbəkədə yazıb. O bildirib ki, maşını məktəbin qarşısında, yəni yolun ortasında saxlayan valideyn uşaq dərsə başlamayana, müəllimlə hal-əhval tutmayana qədər sürüb getmir:

“Üstəgəl ali məktəbə şəxsi avtomobili ilə gələn tələbələr. Sonra da deyirik, bu tıxac nədən baş verir? Kimdir günahkar?”
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, ilk dərs günü ilə əlaqədar olaraq Bakının mərkəzi küçə və prospektlərində səhər saatlarında bir qədər sıxlıq olub:

“Əsasən şəhərin mərkəzi küçə və prospektlərində tıxac müşahidə olunub. Heydər Əliyev, Tbilisi prospektlərində, Şərifzadə, Koroğlu Rəhimov küçələrində müəyyən qədər sıxlıq müşahidə olunub. O da dərs saatı ilə əlaqədar olub. Dərs başladıqdan sonra həmin sıxlıq aradan qalxıb. Hazırda paytaxtın yollarında vəziyyət normallaşmağa davam edir”.

Günel Hacı