Bu gün yanan 32 mərtəbəli bina yenidən alovlandı - Fotolar+ Video

bu-gun-yanan-32-mertebeli-bina-yeniden-alovlandi
Oxunma sayı: 16912

Bu gün paytaxtda yanan hündürmərtəbəli binada yenidən yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən 32 mərtəbəli binada başlayan yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, bina hazırda istismar olunmur.

***

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hazırda qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.

Əlavə məlumat veriləcək.

***

Yanğın söndürülüb.