Bu hakimlər vəzifəsindən azad edildi

bu-hakimler-vezifesinden-azad-edildi
Oxunma sayı: 10247

Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

“Qafqazinfo”  xəbər  verir ki, layihəyə əsasən, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması təklif olunub.

Layihə səsə qoyularaq qəbul edilib. 

Günel  Türksoy