Bu küçədə dəyişiklik edilib - Foto

bu-kucede-deyisiklik-edilib
Oxunma sayı: 1785

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, piyada təhlükəsizliyinin təmin olunması istiqamətində növbəti tədbirlər Xətai rayonu, İnqilab İsmayılov küçəsində həyata keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən əvvəlcədən hazırlanmış layihəyə əsasən sözügedən küçədə aşağıdakı işlər görülüb:

-   Səkilər inşa edilib;

-   Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb;

- nəqliyyat axınına maneə yaratmayacaq formada yeni “cib” tipli parklanma yerləri təşkil edilib;

- kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib;

- avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.