Bu lövhələr niyə düzgün işləmir? - - Fotolar

bu-lovheler-niye-duzgun-islemir-
Oxunma sayı: 1531


Anar İbrahimov adlı oxucudan “Qafqazinfo”ya daxil olan şikayətdə bildirilir ki, ötən gün (05 sentyabr) Bakı şəhərinin müxtəlif istiqamətlərində tıxaclar olub. Amma yollarda quraşdırılan və funksiyası insanları tıxaclar və digər yol xəbərdarlıqları ilə məlumatlandırmaq olan lövhələr işləməyib: “Koroğlu Rəhimov küçəsi, Fəhlə Prospektində və bir sıra başqa yerlərdə olan lövhələrdə tıxaclarla bağlı məlumat yox idi. O zaman bu mərkəz və lövhələr nəyə lazımdır? Problem təkcə lövhələrdə deyil, işıqforlar da düzgün işlədilmir. 50 saniyə qırmızı işıq yanır, baxırsan yaşıl işıq yanan yola bəzən 50 saniyə ərzində 3 maşın keçir, amma digər yolda tıxac var. NİİM-də bunu görüb işıqforun rəngini niyə dəyişmirlər? Axı bu onların funksiyalarından biri də işıqforlara nəzarədir. Həsən Əliyev küçəsində isə işıqforlar çox absurd rejimdə işləyir. İstəsən də, istəməsən də hər işıqforda qırmızı işığa düşürsən. Bunu etmək olmazmı ki, 5 saniyədən bir işıqlar yaşıla keçsin, bir koridor yaransın? Çoxmu çətindi belə etmək? Yoxsa orda hər gün sıxlıq olur, nəzərə alsaq ki, məktəblər hələ açılmayıb. Görün 10 gündən sonra orada və digər yollarımızda necə xaos yaşanacaq. Yolların kənarında saxlayan avtomobillər isə yolları daha bərbad vəziyyətə salır”.