Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi

bu-marsrutun-hereket-sxemi-muveqqeti-deyisdirildi
Oxunma sayı: 3064

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Bu barədə “Qafqazinfo”ya AYNA-dan bildirilib.

Qeyd olunub ki, avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.