Bu maşından Azərbaycanda bir dənədir - O da Aytəndə +Fotolar

bu-masindan-azerbaycanda-bir-denedir-
Oxunma sayı: 12775

Azərbaycanlı oriyental rəqqasə Aytən 90 VO 919 dövlət seriyalı, “BMW-X 6” markalı avtomobili ilə görüntülənib.

"Qafqazinfo" xəbər verir ki, Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, bu maşını 55 min dollara (təxminən 100 min manat) alıb: “Maşın həvəskarıyam. Yaxşı da idarə etməyi bacarıram. Onu da deyim ki, bu rəngdən Azərbaycanda bir dənədir. O da mənim payıma düşüb. Dubaydan gətizdirmişəm”.

Qeyd edək ki, rəqqasə bu maşından öncə “Lexsus” markalı avtomobil idarə edirdi.